Şanlıurfa vilayətinin Ceylanpınar rayonunda bələdiyyə binasında kütləvi dava baş verib. Hadisə zamanı bələdiyyə əməkdaşları və müdirlərin də daxil olduğu iki qrup arasında yaranan mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib.
News365.az xəbər verir ki, Bahçelievler məhəlləsində yerləşən Ceylanpınar Bələdiyyəsinin binasında baş verən hadisə mobil telefon kamerası ilə qeydə alınıb. İlkin məlumata görə, hələlik səbəbi açıqlanmayan sözlü mübahisə yumruq, təpik və sopaların istifadə olunduğu davaya səbəb olub.
Hadisə nəticəsində M.Y., A.Y., H.Y., A.Y., M.Y. və İ.Y. olmaqla 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə ilə bağlı əraziyə çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılar ilkin tibbi yardımdan sonra Ceylanpınar Dövlət Xəstəxanasına aparılaraq müalicə altına alınıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.

News365.az