Cəmil Həsənlidən XƏBƏR VAR

Cəmil Həsənlidən XƏBƏR VAR
17 Dek 2025 14:30

Ötən gün sosial şəbəkə hesabında Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət edildiyini bildirən Cəmil Həsənli istintaq orqanına növbəti ifadəsini verib.

News365.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında Cəmil Həsənli özü bildirib.

C.Həsənli istintaq sirri olduğu üçün əlavə heç nə açıqlaya bilməyəcəyini deyib.

Qeyd edək ki, vətənə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsində ittiham edilərək ev dustaqlığına məhkum edilən PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı istintaq çərçivəsində C.Həsənli ilk ifadəsini 30 noyabrda vermişdi.


Sizin reklam burada
Sizin reklam burada