235 polis rəisi təqaüdə göndərildi: Holoğlu da siyahıda yer alır

235 polis rəisi təqaüdə göndərildi: Holoğlu da siyahıda yer alır
14:42

Baş polis rəisi Mahmut Demirtaşın sədrliyi ilə keçirilən Yüksək Qiymətləndirmə Şurası 235 polis rəisini təqaüdə göndərib.

News365.az xəbər verir ki, təqaüdə çıxanlar arasında keçmiş Baş Polis Müavini Resul Holoğlu da yer alır. Holoğlu, keçmiş Daxili İşlər Naziri və AKP millət vəkili Süleyman Soylu’nun polis təşkilatındakı əsas simalarından biri kimi tanınırdı.

Şura, mövcud rəhbərlik kadrosundakı polis rəisləri və polis müdirlərinin vəziyyətini qiymətləndirərək, 18 mərkəzi polis rəisini, 77 ikinci dərəcəli polis rəisini və 40 üçüncü və dördüncü dərəcəli polis rəisini təqaüdə göndərib. Bundan əlavə, əvvəllər təqaüdə çıxarılmış, lakin inzibati məhkəmə qərarı ilə yenidən vəzifəyə qayıdan 100 polis rəisi də təqaüdə çıxarılıb.

Təqaüdə göndərilənlər arasında Resul Holoğlu da var. O, Soylu dövründə əvvəlcə KOM rəhbəri, daha sonra isə KOM Başçılığından məsul Baş Polis Müavini vəzifəsində çalışıb.

Təqaüd prosesindən sonra birinci dərəcəli polis rəisliyinə təyinat məsələlərinin gündəmə gələcəyi bildirilir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada