İkinci Çeçen müharibəsində iştirak etmiş məşhur hərbçilərdən daha biri Ukrayna müharibəsinə qatılıb.
"Lenta"nın yaydığı məlumata görə "Vitaliç" çağırış nişanlı BARS-11 "Kuban" könüllü dəstəsi rəhbərinin tərbiyəvi işlər üzrə müavini artıq bir neçə aylıq xidmət keçib.
Onun sözlərinə görə, o, bir çox əsgər yoldaşlarının daşıdığı "kazak" ənənələrinə qoşulmaq istəyirmiş.
“Həmçinin mən də belə hesab edirəm ki, kazaklar rus xalqının özəyi sayılırlar. Bu insanlar tarix boyu indiki kimi Rusiya uğrunda vuruşublar",- deyə hərbçi fikrini yekunlaşdırıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural