Cahil kimdir? - Zaur Əliyev yazır

Cahil kimdir? - Zaur Əliyev yazır
20 May 2024 09:20

Ən böyük cahillər savadsız insanlardımı? Xeyir. Ən böyük cəhalət elə elm və təhsildə özünü göstərir. Savadsız cahil inanır ki, Tanrı onu palçıq və gildən yaradıb. Yanlış mənbələrə inanan Savadlı cahil isə inanır ki, insan meymunun təkamülü nəticəsində yaranıb. Savadsız cahil öz inandığını təbliğ etmir, adam sadəcə inanır. Savadlı cahil isə nəinki təbliğ edir və israrla iddia edir ki, yox, filan kitab bunu yazıb, filan beyin mərkəzi bunu deyir, filan alim bunu deyir. Çünki yanlış mənbədən yanlış adamlardan öyrənib...

Minlərlə insan hələ də inanır ki, Amerikalılar Aya səfər ediblər. Bunu da onlara təbliğ edən savadlı cahillərdir. Soruşanda da ki, yerdən o güclü enerji ilə kosmosa qalxan raket Ayda hansı yüksək enerji əldə edib ordan kosmosa qalxıb? Özü də 60cı illərdə. Nəisə bu uzun söhbətdir.

Əsas məsələ savadlı cahilin inandığı mənbələrdir. Bir neçə kitab oxuyub yox insan milyonlarla il ərzində təkamül keçib meymundan dönüb deyirlər. Sual verirsən əgər meymunda insana çevriləcək bir DNT varsa niyə indi olmur. ? Neoandertal insanın tük təmizləmək, üz qırxmaq, paltar tikmək, ayaqqabı geyinmək və normal insan kimi davranması üçün təkamül lazım idi. Bəli, lakin bu o demək deyil ki, onlar meymun olub və sonra insana çevrilib. O zaman yemək, ov, meyvə dərmək, hərəkət etmək və sairə davranışlar inkişaf tələb edirdi və zamanla bu oldu. Saqqalı, tükün içində, geyimi əynindən tökülən və yemək, yerimək kimi zəif bacarıqları olanların görkəmi meymuna oxşaya bilər. Çünki meymun meşədə heyvanlar içərisində bir az düşüncəli hərəkət etmək, sevişmək, meyvə dərmək, su içmək kimi hərəkətlərə malikdir və neoandertal insan da ona baxaraq bəzi şeyləri götürübsə bu meymundan dönmək demək deyil ki?

Savadlı cahil inanır ki, Allah yoxdur və hər şey özbaşına yaranıb. Savadsız cahil də inanır ki, Allah hər şeyi yaradıb. Bu ikisi arasında əsl elm çıxış yolu tapa bilmir. Çünki savadlı cahil beyin mərkəzinə inanır, Savadsız cahil dini mərkəzə..

Hər ikisi də səhvdir amma savadlı cahil qorxuludur. Çünki oxuduqları onu bəşəriyyətə təhlükə yaradacaq insana çevirir. Savadsız cahili isə sadəcə pambıq taxılaraq məzara aparır..

Savadlı cahil inandığı həqiqət ilə təbiət və bəşəriyyət qanunlarına zidd çıxış edir, Savadsız cahil isə sadəcə hər şeyin baş verməsini ilahi yazı ilə bağlayır. Əslində ikisi də səhvdir. İlahi yazı yoxdur və hər şey də cəmiyyətdə təbiətdən asılı vəziyyətdədir..

Elm bir neçə kitab yaxud fikirə əsaslanmaqla inkişaf etmir. Tesla, Enşteyin, Bor, Nyuton lomonosov kimi insanların təklif etdiklərini və kəşf etdiklərini sinergetika, qeyri səlis məntiq, nanotexnologiyalar təkzib edir. Qədimdən bizə deyirlər 2×2 = 4 edir. Əlbətdə məntiq bunu deyir. Amma əsl elm bu cavabın müxtəlif olduğunu sübut edir.

Özünüzü Savadsız cahilərdən yox savadlı cahilərdən qoruyun. Hər oxuyan alim, hər dərs keçən müəllim, hər yazan da mütəxəssis deyil. Bütün elmi sirrlərini biz Təbiət də görə bilərik..Sadəcə diqqətlə baxmaq lazımdı

Nəisə...

Öz bildiyiniz sizi uçuruma aparır savadlı cahillər..

Zaur Əliyev, tarixçi alim


Sizin reklam burada
Sizin reklam burada