Röya əkiz qardaşlarının 33 yaşını BELƏ TƏBRİK ETDİ

Röya əkiz qardaşlarının 33 yaşını BELƏ TƏBRİK ETDİ
14 May 2025 22:15

Xalq artisti Röya Ayxanın əkiz qardaşları İsmayıl və Ayxanın 33 yaşı tamam olub

News365.az xəbər verir ki, sənətçi öz instaqram hesabında onların fotosunu paylaşaraq ad günləri münasibətilə təbrik edib: 

O ingilis dilində "Ad gününüz mübarək!" sözlərini qeyd edib. 

Qeyd edək ki, Xalq artistinin qardaşları Türkiyədə yaşayırlar. İsmayıl Nəcəfov müğənnidir və Türkiyə şou-biznesində fəaliyyət göstərir. O 2022-ci ildə Cansu adlı türk xanımla ailə qurub. Ayxan Nəcəfov isə subaydır. 

Məlumat üçün bildirək ki, illər əvvəl Röya Ayxanın atası Yaqub Nəcəfov anası Telli Nəcəfova ilə həyat yollarını ayırıb. Eks-cütlüyün Röyadan başqa Ayxan və İsmayıl adlı əkiz oğlu, Rüsalə adlı qızları var.






Sizin reklam burada
Sizin reklam burada