Elnarə Abdullayevadan efirdə yayımlanan bəzi mövzulara sərt reaksiya: “Belə şeyləri efirdə vermək olmaz!”
Müğənni Elnarə Abdullayeva bəzi televiziya verilişlərində yayımlanan şəxsi və cəmiyyətə uyğun olmayan mövzulardan narazılığını ifadə edib. O, bu cür məqamların efirdə işıqlandırılmasını tənqid edərək, bunun cəmiyyətə mənfi təsir etdiyini bildirib:
“Sənin uşağın haradandı, bilmirsən sən? Belə şeyləri efirdə demək olar? Nə zibil yemisənsə, qoy efirdən kənarda qalsın. Aparıcının da ixtiyarı yoxdur ki, efirdə bu cür mövzuları qabartsın.”
Elnarə Abdullayeva bildirib ki, efirdə nümayiş etdirilən bu tip mövzular gənc nəslə zərər verir:
“Gənc nəsil, uşaqlarımız var. Mən artıq sinir xəstəsi olmuşam, bu televiziya proqramlarına baxa bilmirəm. Mənim şəxsi həyatımda heç bir problemim yoxdur, amma belə şeylərin efirdə yayımlanması doğru deyil.”
Müğənni həmçinin, efirdə ailədaxili məsələlərin və şəxsi münasibətlərin müzakirə edilməsinə də etiraz edib:
“Filankəsin ərindən, filankəsin uşağından danışmaq olmaz. Belə şeylər xalqı korlayır. Uşaqlar dünyanı tanımadan belə şeylərə şahid olurlar. Onlar elə başa düşürlər ki, dünya belədir.”
Sonda Elnarə Abdullayeva Azərbaycan xalqının mənəvi dəyərlərinə hörmətlə yanaşılmasını istədiyini vurğulayıb:
“Azərbaycan əxlaqsız deyil. Elə oğullarımız, elə qadınlarımız var ki, düşmənin üstünə avtomatla gedər. Qadınlarımız belə deyil. İki qadını çıxarıb bütün xalqı əxlaqsız göstərmək olmaz.”