Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin VI sammitində iştirak etmək üçün Albaniyaya işgüzar səfərə yollanıb.
News365.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Albaniyada Ermənistan baş nazirinin beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşləri planlaşdırılır.