Məşhur Şən və Hazırcavablar Klubunun (KVN) oyunçusu, ukraynalı aktyor Maksim Nelipa Ukraynada gedən ağır döyüşlər zamanı həlak olub. Bu barədə Ukraynanın “Strana” nəşri Nelipanın həyat yoldaşına istinadən məlumat yayıb.
Xarici KİV, Telegram kanalları aktyorun həyat yoldaşına istinadla yazıb ki, Nelipa mayın 12-də, bazar ertəsi öldürülüb. O, təmsil olunduğu bölməsi tərəfindən yerinə yetirilən döyüş tapşırığı zamanı həlak olub.
Ölüm hadisəsinin dəqiq harada baş verməsi açıqlanmasa da, hazırda dəqiq səbəblərin müəyyənləşdirildiyi bildirilir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural