Tarixi İstanbul görüşünün başlanma saatı bəlli oldu

Tarixi İstanbul görüşünün başlanma saatı bəlli oldu
15 May 2025 09:30

Ukrayna münaqişəsinin nizamlanması üzrə İstanbul danışıqları bu gün yerli vaxtla saat 10:00 radələrində Türkiyə prezidentinin Dolmabaxçadakı ofisində başlaması planlaşdırılır. Bu barədə TASS görüşə hazırlıqla tanış olan mənbəsinə istinadən məlumat yayıb.


İclas bağlı qapılar arxasında, mətbuat nümayəndələrinin iştirakı olmadan keçiriləcək.


Mayın 15-də xüsusi uçuş eskadrilyası olan “Rossiya” İl-62M təyyarəsinin İstanbul hava limanına enməsi barədə məlumat yayılıb. Bu gün Türkiyədə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar planlaşdırılır. Tarixi görüşdə ABŞ-dan da nümayəndələrin iştirakı gözlənilir.

Bir gün əvvəl Kreml Rusiya nümayəndə heyətinin tərkibini açıqlamışdı. Heyətə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxildir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada