Araşdırın, sonra qərar verin- Pediatrdan XƏBƏRDARLIQ

Araşdırın, sonra qərar verin- Pediatrdan XƏBƏRDARLIQ
09:23

Yaxın qan qohumları ilə evliliyi qadağan edən qanun iyulun 1-də qüvvəyə minəcək. Nəzərə alaq ki, bu qanuna münasibət birmənalı deyil. Bir çoxları bu qanunun əleyhinədir. Amma tibb sübut edib ki, doğulan uşaqlarda aşkarlanan bir sıra xəstəliklərin səbəbkarı qohum evliliyidir.

Mövzu ilə bağlı News365.az-a danışan pediatr Vaqif Qarayev deyir ki, xoşumuz gəlmir bu qanundan:

“Mentallığa, paslanmış adətlərə bağlayırıq hər şeyi... Gənclərə bir tövsiyəm olacaq. Cəmi 15 dəqiqə internetdə araşdırrma aparın. Bu barədə kifayət qədər məlumat çıxacaq. Sonra özünüz qərar verin. Amma qərarınız sonradan doğulacaq uşaqların sağlamlığı lehinə olsa yaxşdır.. Qohum evliliyini tibb dəstəkləmir”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada