ABŞ Dövlət Departamenti, Türkiyəyə ümumi dəyəri 305 milyon dollar olan raket satışına razılıq verdiyini açıqlayıb.
News365.az Pentaqonun yaydığı məlumata istinadən xəbər verir ki, bu çərçivədə Türkiyəyə 225 milyon dollar dəyərində inkişaf etmiş orta mənzilli havadan-havaya raketlərin satışı təsdiqlənib. Satışın məqsədi NATO müttəfiqi olan Türkiyənin müdafiə qabiliyyətini gücləndirməkdir.