ABŞ-da qurbağa embrionlarını qeyri-qanuni idxal etməkdə ittiham edilərək saxlanılan rusiyalı alim Kseniya Petrova Luiziana ştatındakı təcridxanadan federal həbsxanaya köçürülüb. Bu barədə ABC News məlumat yayıb.
Qeyd edilib ki, bu yaxınlarda keçirilən məhkəmə iclasında Petrova rəsmi ittiham irəli sürülüb. Bu ittihamlara əsasən onu 20 ilə qədər həbs cəzası gözləyir. ABŞ Ədliyyə Departamenti rusiyalı alimin deportasiyasında israrlıdır. Lakin KİV-in məlumatına görə, Petrovanın özü siyasi baxışlarına görə Rusiyaya qayıtmaq istəmədiyini bildirib. İş üzrə növbəti məhkəmə iclası mayın 28-nə təyin edilib.
Xatırladaq ki, Petrovanı Boston hava limanında sərhədçilər saxlamışdılar. Onun baqajında Afrikanın caynaqlı qurbağa embrionlarının saxlanıldığı konteyner aşkar edilib. Dindirmə zamanı o, ABŞ-yə daxil olarkən belə nümunələrin bəyan edilməsinin zəruri olub-olmadığını bilmədiyini etiraf etmişdi.
Qadın immiqrasiya orqanları tərəfindən saxlanılıb, daha sonra Luiziana ştatındakı təcridxanaya yerləşdirilib. Onun tədqiqat vizası da ləğv edilib.
Tural