Elektronika şirkətlərinin üzərinə rəsmi zəmanət tələbi niyə qoyulmur? - Vacib MƏSƏLƏ

Elektronika şirkətlərinin üzərinə rəsmi zəmanət tələbi niyə qoyulmur? - Vacib MƏSƏLƏ
09:53

Son dövrlər isə şikayətlər durmadan artır. Alınan məhsulun xarab çıxmasından tutmuş, işlənmiş məhsulun yeni adı ilə satılması, kredit fırıldaqları Kontakt Home, Baku Electronics, İrşad Electronics, Soliton, World Telecom, Myshops və s. bütün şirkətlərdə adi hala çevrilib. Bunun bir səbəbi var bizdə elektronika mağazalar şəbəkələrinin üzərinə bütün dünyada olduğu kimi rəsmi zəmanət öhdəliyi qoyulmur.

Bildiyiniz kimi istər məişət əşyası,  istərsədə mobil telefon, planşet, kompyuter aldıqda məhsula minimum 1 il, markasından asılı olaraq bəzi markalara 2 il, 3 il, 5 il zəmanət verilir. Çox müştərinin məlumatı yoxdur lakin zəmanət 3 cür olur: Rəsmi zəmanət(İstehsalçı tərəfindən verilən rəsmi zəmanət), Mağaza zəmanəti(Məhsulu satan elektronika şirkəti tərəfindən verilən zəmanət), Servis zəmanəti(Mobil telefon, Kompyuter, Məişət əşyasının təmiri ilə məşğul olan servis şirkətinin verdiyi zəmanət). Məhsul alarkən yalnız rəsmi zəmanətli məhsul alın. Rəsmi zəmanət o deməkdir ki, istehsalçı özü öz satdığı məhsula rəsmi zəmanət verir. Məsələn tutaq ki, siz LG brendinə məxsus paltaryuyan alırsız rəsmi zəmanət o deməkdir ki, LG şirkəti sizə satdığı məhsula görə özü zəmanət verir. Belə olan halda təbii ki məhsulda texniki problem çıxma ehtimalı çox azdır texniki problem çıxsa belə brend müştəri məmnuniyyəti üçün məhsulu yenisi ilə əvəz edir. Bizdə elektronika şirkəti 60-dan çox brendin məhsulunu satırsa onun 10-15-nə rəsmi distribütoru olan brendlərə rəsmi zəmanət verir qalan brendlərə isə adi mağaza və servis zəmanəti verir ki, əslində bütün problemlərin kökündə məhz bu məqam dayanır. Halbuki bütün dünyada hökümət elektronika mağazaları şəbəkələrinin üzərinə rəsmi zəmanət tələbi qoyur yəni elektronika mağazaları şəbəkələri məhsulu yalnız rəsmi zəmanətlə sata bilər. İstehlakçı Hüquqlarının yüksək səviyyədə qorunduğu ölkələrdə məhsulda aylar həttda 1 ildən 5 ilə qədər bəzi brendlərdə 10 ilə, 15 ilə, 20 ilə qədər müddət ərzində mühərrik başda olmaqla hər hansısa bir texniki problem olarsa yəni məhsul xarab olarsa dərhal yenisi ilə əvəz olunur. Aldığınız paltaryuyan, soyuducu, qabyuyan və s. məişət əşyasının üzərinə baxsaz üzərində mühərrikə brenddən asılı olaraq 10 il, 15 il, 20 il zəmanət sözlərini görə bilərsiz. Bizdə isə məhsul alınan günün sabahı məhsulda problem çıxarsa nəyinki məhsulu qaytarmaq və yenisi ilə əvəz etmək ümumiyyətlə elektronika şirkəti şikayətlə maraqlanmır yalnız müştəri şikayət etdikdən sonra ən "yaxşı" halda servisdə məhsulu təmir edirlər.

Bir çox brendin ölkədə rəsmi satışı və servisi olmadığı halda illərdir həmin brendlərin məhsulları elektronika şirkətləri tərəfindən satılır. Yəni məhsulun hardan gətirildiyi məlum deyil. Bu sahədə əvvəllər işlədiyim üçün deyə bilərəm ki, müştəridən qayıdan məhsul, vitrində mağazada xarab olub servisə göndərilib təmir olunmuş məhsul, qüsuru olan məhsul müştəriyə yeni adı ilə satılır. Üstəlik bu cür məhsulların satılması üçün elektronika şirkətlərinin baş ofisi, satış müdürü mağaza müdirlərinə, satış məsləhətçilərinə təzyiq göstərirlər ki, bu cür məhsulları satıb aradan çıxartsınlar. Ona görə heç vaxt vitrində olan məhsulu almayın iri məişət texnikası alırsınızsa mütləq məhsulun anbardan göndərilməsini tələb edin diqqətli olun vitrin məhsuluda qutuya qoyulub anbardan gəlmiş məhsul kimi göndərilə bilər. Xırda məişət texnikası və mobil telefon alırsızsa mütləq bağlı qutu alın yeni gözünüzün qabağında açılsın alan zaman məhsulun işləməsini yoxlayın. Mobil telefonlarda xüsusi ilə ehtiyyatlı olun müştəridən qayıdan telefon format olunub qutuya elə şəkildə qoyulur ki, guya yenidir müştəri heç nədən şübhələnmir belə məhsulda problemi görüb geri qaytarmaq və ya yenisi ilə əvəz etmək istəsəz telefonu servisə göndərib üzərinə cızıq atıb telefonu guya bir günün içində cızmısız deyib nə yenisi ilə əvəzləyib nədə geri qaytarmayacaqlar. Birdə məhsulu yenisi ilə əvəzləyib və ya geri qaytarmamaq üçün servis guya telefon əldən düşüb xaricdən zərbə alıb "rəy"i verəcəklər. Birdə elektronika şirkətlərinin Bürünc zəmanət, Gümüş zəmanət, Qızıl Zəmanət kimi absurd oyunları var bunlar müştəridən əlavə pul qazanmaqdan başqa bir şey deyil yəni Qızıl Zəmanətli məhsuluda onsuzda yenisi ilə əvəz edib nədə geri qaytarmayacaqlar. Bunu sadəcə əlavə pul qazanmaq üçün elektronika şirkətləri özləri fikirləşib. Birdə bildiyiniz kimi satış məsləhətçiləri bonus sistemi ilə çalışırlar yəni hansı brend öz məhsulunu satmaq üçün satış məsləhətçisinə daha çox bonus verirsə satış məsləhətçiləri o brendin məhsulunu satırlar ona görədə məhsul alarkən heç vaxt satış məsləhətçilərindən məsləhət almayın. Təssüfki nəyinki elektronika sahəsində ümumiyyətlə bizdə istehlakçılar çox məlumatsızdırlar və boykot mədəniyyəti yoxdur.

Yəni aldığınız məhsul haqqında araşdırma aparın hansı elektronika şirkətindən ən çox şikayət gəlirsə o şirkətdən heçnə almayın təssüfki həm şikayət edib həmdə o şirkətdən məhsul alırsız. Birdə elektronika mağazalar şəbəkəsinin özünün Çində yığdırdığı üzərinə müxtəlif adlar qoyduğu məhsullardan uzaq durun məsələn Kontakt Home-un Hoffman, Soliton şirkətinin Riffel adı altında satdığı məhsullar varki belə bir brendlər dünyada mövcud deyil, bunlar elektronika şirkətlərinin şəxsi markalarıdır. Bütün elektronika şirkətlərində bu cür məhsullar var. Bizdə bu sahədə o dərəcədə boşluqdur ki, təssüfki Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti belə elektronika şirkətləri ilə bacara bilmir. Qurum İrşad Electronics-lə bu gündə məhkəmə çəkişməsindədir. Ümid edirəm ki, bizdə də bütün dünyada olduğu kimi elektronika şirkətlərinin üzərinə rəsmi zəmanət tələbi qoyular.

İlkin Məmmədkərimli,  ekspert

News365.az


Sizin reklam burada
Sizin reklam burada