Xəstəliklərdən
və antibiotik kursundan sonra tükənmiş bağırsaq mikrobiomunun bərpasına diqqət
artır.
Maraqlıdır
ki, yeni elmi araşdırmaya görə, “daxili rahatlığınızı” yaxşılaşdırmağın ən təsirli
yolu sağlam yeməkdir.
Tədqiqatçı
alimlər bir neçə həftə ərzində siçanlar ya adi Qərb pəhrizini təqlid edən, yüksək
şəkər və az liflə, ya da balanslaşdırılmış, qidalı pəhrizlə qidalanıblar. Daha
sonra onların bağırsaq mikrobiomları antibiotiklərlə süni şəkildə məhv edilib. Və
komanda onların sağalmasını izləyib.
Nəticələr
göstərib ki, sağlam qidalanan siçanlarda mikrobiom cəmi bir həftə ərzində
normal səviyyəyə yaxın vəziyyətə gətirilib. Eyni zamanda, Qərb pəhrizinə uyğun
olaraq yeməyə davam edən heyvanlarda mikrobiota pozulmuş olaraq qalıb.
Növbəti mərhələdə
elm adamları mikrobiomun başqa bir əsas funksiyasına diqqət yetiriblər. Onun
müdafiəsi zəiflədikdə orqanizmə hücum edə bilən “fürsətçi” patogenlərdən
qorunma. Alimlər qeyri-sağlam qidalanmanın zəifləmiş mikrobiomu infeksiyaya
qarşı xüsusilə həssas edə biləcəyini öyrənmək istəyirdilər. Mikrobiota məhv
edildikdən iki həftə sonra siçanlara fürsətçi bakteriyalar (salmonella)
yeridildi və yenidən pəhriz növünə görə qruplara bölündü.
Nəticədə, Qərb
pəhrizi ilə qidalanan fərdlər əhəmiyyətli dərəcədə xəstələndilər və infeksiyaya
qarşı həssaslığın artdığını nümayiş etdirdilər.
Nəticə sadədir:
bağırsaq mikrobiomunuzu və bununla da immunitetinizi yaxşılaşdırmaq istəyirsinizsə,
sağlam pəhrizdən daha yaxşı yol yoxdur.
News365.az