Zelenski Nəriman Cəlalovu Türkiyəyə səfir göndərdi

Zelenski Nəriman Cəlalovu Türkiyəyə səfir göndərdi
14 May 2025 22:59

Ukrayna Prezidenti Vladimir Zelenski tanınmış jurnalist Nəriman Cəlalı (Cəlalovu) Türkiyəyə səfir təyin edib.


News365.az. xəbər verir ki, bu barədə Ukrayna lideri sərəncam imzalayıb.


Nəriman Cəlal (Cəlalov) Krım tatar siyasətçisi, jurnalist və hüquq müdafiəçisidir. 27 aprel 1980-ci ildə Özbəkistanın Nəvai şəhərində anadan olub. 1989-cu ildə ailəsi ilə birlikdə Krıma qayıdıb. Odessa Milli Universitetinin Siyasi elmlər fakültəsini bitirib. O, “Avdet” qəzetində jurnalist, ATR telekanalında aparıcı işləyib, Simferopol Beynəlxalq Məktəbində tarix və hüquqdan dərs deyib.


2013-cü ildə o, Krım Tatar Məclisi sədrinin birinci müavini olub.


2014-cü ildə Krımın Rusiya tərəfindən işğalından sonra o, yarımadada qalıb, burada Krım tatarlarının və ukraynalıların hüquqlarını fəal şəkildə müdafiə edib, insan haqlarının pozulması hallarını qeydə alıb, siyasi motivli işlərlə bağlı məhkəmə iclaslarında iştirak edib.


2021-ci ilin sentyabrında Krım Platformasının sammitində iştirak etdikdən sonra Rusiya təhlükəsizlik qüvvələri tərəfindən təxribat ittihamı ilə saxlanılıb. 2022-ci ildə o, ciddi rejimli cəzaçəkmə müəssisəsində 17 il müddətinə azadlıqdan məhrum edilib.


2024-cü ilin iyununda o, əsir mübadiləsi nəticəsində azad edilib və Ukraynaya qayıdıb


Sizin reklam burada
Sizin reklam burada