Dubayda ölümcül halda tapılmış 20 yaşlı modeldən xəbər var

Dubayda ölümcül halda tapılmış 20 yaşlı modeldən xəbər var
08:30

Dubayda döyülərək ağır xəsarətlər alan ukraynalı model Mariya Kovalçuk səkkiz əməliyyat keçirib. O, artıq doqquzuncu əməliyyata hazırlaşır. Bu barədə modelin dostu Alena AiF-ə müsahibəsində danışıb.


"Mariya indiyədək 8 əməliyyat keçirib və ayağından daha bir əməliyyat lazım olacaq",-Alena deyib. Onun sözlərinə görə 20 yaşlı ukraynalı qızın sağalması prosesi tədricən baş verir: "O, artıq danışa bilir, amma hərəkət etmək onun üçün çətindir".

Xatırladaq ki, bir neçə ay öncə Kovalçukun Dubayda küçədə huşsuz vəziyyətdə tapılması dünya mediasının gündəmini zəbt etmişdi.


Gənc model ağır halda tapılıb. Onun ayaqları, qolları və onurğası sınıb. 

Anasının və rəfiqəsinin sözlərinə görə, o, naməlum kişiləri görmək üçün otelə tək gedib, bundan sonra ailəsi ilə heç bir əlaqə qura bilməyib. İddialara görə o, şeyxlərin əyləncə məclisinə qatılıbmış.


BƏƏ-nin hüquq-mühafizə orqanları isə iddia ediblər ki, Mariya qapalı tikinti sahəsinin damından yıxılıb.

Tural



Sizin reklam burada
Sizin reklam burada