Aprelin 20-də Bakı şəhəri, Ziya Bünyadov prospektinin bir hissəsində (“Koroğlu” metrostansiyası istiqamətində, “Çermet” körpüsündən tünelin girişinə qədər olan hissədə) təmir işləri aparılacaq.
Bu barədə news365.az-a AAYDA-dan məlumat verilib.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - məlumatda bildirilib.