Naxçıvan Muxtar Respublikasında 2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
News365.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 14-18-də təşkil olunan test imtahanlarında muxtar respublika üzrə ümumilikdə 1021 namizəd iştirak edib.
Müsabiqənin növbəti mərhələsi barədə məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.