Bu il keçən ildən asan suallar düşüb?

Bu il keçən ildən asan suallar düşüb?
17 Apr 2024 19:43

Neçə illərdir ki, səsləndirdiyim bir məsələ vardı, DİM Buraxılış və Blok imtaganlarının çətinlik dərəcəsini azaltmalıdır! Bəli, bu il buraxılışda bunun şahidi olduq! Təkcə 300 bal toplayanların sayı 53 nəfərdir! İndiyə qədər bu nəticəni görmüşdükmü? Xeyir! Bunun iki səbəbi ola bilər, ya təhsilimiz ciddi şəkildə inkişaf edib, ya da bu il keçən ildən asan suallar düşüb. Əlbəttə ki, ikinci səbəbdir. Məhz keçən illə bu ili 100 faiz nəticələrlə müqayisə etsək, elə 100 faiz fərq görərik! Ona görə də, deməli, ikinci səbəbdir, birmənalı.

Məhz belə də olmalı, bir az da sadələşməli, uşaqları stresdən azad etməliyik! Beləcə, təhsilimizin motivasiyası da artacaq! Builki sadələşməyə (keçən ilə nisbətdə) görə DİM-ə təşəkkür düşür! Ümud edirəm, gələn il daha da sadələşər, şagirdlərimizi əzbərçiliyə sövq etməkdən əl çəkərik!

Bunu blok imtahanlarında da gözləməkdəyik!

May be an image of text that says 'İllar arzinda buraxılış imtahanında 300 bal toplayanların sayı 2019-cu il: 4 nafar 2020-ci il: 5 nafar 2021- il: 2 nafar 2022-ci il :2 nafar 2023-cü il: yoxdur 2024-cü il: 53 nafar'

Şamil Sadiq, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər