“Magistratura imtahanına 19716 bakalavr qeydiyyatdan keçibdir“ - Xanlar Xanlarzadə

“Magistratura imtahanına 19716 bakalavr qeydiyyatdan keçibdir“ -  Xanlar Xanlarzadə
24 Apr 2024 10:10

Aprelin 28-də magistraturaya qəbul üzrə  ikinci cəhd imtahan keçiriləcəkdir.

Bununla bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə  News365.az-a müsahibə verib. 

"Bu həftənin bazar günü imtahan keçiriləcəkdir. İmtahanda iştirak etmək üçün qeydiyyat elektron qaydada aparılıbdır. 19716 bakalavr qeydiyyatdan keçibdir. İmtahan Bakı şəhəri ilə yanaşı regionlarda da olacaq. Ümumi 7 şəhər və rayonda keçiriləcək. İmtahana buraxılış vərəqələri artıq Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib. Bakalavrlar buraxılış vərəqələrini çap atməlidirlər. Vaxtında tövsiyə edirik ki, imtahana gəlsinlər. Saat 10:45-də binaya buraxılış başa çatır, ancaq hər bir bakalavr üçün kankret vaxt göstərilib ki, saat neçədə imtahan binasına yaxınlaşmaq lazımdır. Özü ilə əlavə nəsə gətirmək qadağandır. İmtahana buraxılış vərəqəsi, şəxsiyyət vəsiqəsi  və lazım olacaq qələm, karandaş bunları gətirə bilərlər. Bir də görürsən konspekt gətirirlər, mobil telefonla yaxınlaşırlar. Xanımlarda adətən böyük çantalar olur. Bu məsələlərə fikir vermək lazımdır ki, buraxılış rejimi geçikməsin"- deyə vurğulayıb.

Vəfa Vəliyeva, News365.az 


Youtube kanalımız

Oxşar xəbərlər