Yaxın günlərdə Rusiya paytaxtında tarixin daha bir yüksək temperaturu müşahidə olunacaq. Bu barədə "Meteo" proqnoz mərkəzinin rəhbəri Aleksandr Şuvalov moskvalılara xəbərdarlıq edərkən deyib.
Meteoroloq qeyd edib ki, paytaxt regionunda anomal soyuqlardan sonra anomal istilər gəlib. Havanın temperaturu hər gün yüksələcək.
"Yaxın günlərdə havanın temperaturu +15...+20 dərəcə civarında olacaq. Cümə günü yağış yağacağı ehtimalı da yüksəkdir. Havanın temperaturu bir qədər dəyişəcək +15...+18 dərəcə müşahidə olunacaq", - o, RT-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, ən isti günlər həftə sonları olacaq. Hava 22 dərəcəyə qədər qalxacaq. "Bu, 100 ildən çoxdur ki, müşahidə olunmayan hadisədir. Bu günlərdə gündəlik rekordların yenilənməsi ərəfəsindəyik. Rekord 1921-ci ildə olub", - o deyib.
Tural