Londonun ICE birjasında may ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 2022-ci ilin iyunun 17-dən bəri ilk dəfə bir barel üçün 119 dolları keçib.
News365.az xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.
Bakı vaxtı ilə saat 06:30-a olan məlumata görə, neftin qiyməti bir barel üçün 119.36 dollardan (+28.77%) satılıb.
Saat 06:35-ə qədər artım yavaşıyıb və neftin qiyməti 117.8 dollar (+27.09%) səviyyəsində olub.