Bir zamanlar bəzi bölgələrimizin və şəhərlərimizin tam fərqli adları vardı. Və son 35 ildə bir çox şəhər və rayonlarımızın adı dəyişdirilib.
Bəs, hansı şəhər və rayonların adı dəyişdirilib:
1. Kirov rayonu- indiki Binəqədi rayonu
2. Şaumyan rayonu -indiki Xətai rayonu
3. Lenin rayonu -indiki Sabunçu rayonu
4. 26 Bakı komissarı rayonu- indiki Səbael rayonu
5. Orcenkidze rayonu- indiki Suraxanı rayonu
6. Əzizbəyov rayonu - indiki Xəzər rayonu
7. Mikoyan, daha sonra Molotov rayonu -indiki Qaradağ rayonu
8. Jdanov rayonu- indiki Beyləqan rayonu
9. Kirovabad şəhəri- indiki Gəncə şəhəri
10. Qasım İsmayılov rayonu- indiki Goranboy rayonu
11. Xanlar rayonu- indiki Göygöl rayonu
12. Puşkin rayonu- Biləsuvar rayonu
13. Mirbəşir Qasımov rayonu- indiki Tərtər rayonu
14. Şamxor rayonu- indiki Şəmkir rayonu
15. Vartaşen rayonu-indiki Oğuz rayonu
16. Qutkaşen rayonu- indiki Qəbələ rayonu
17. Nuxa şəhəri- indiki Şəki şəhəri
18. Əli Bayramlı şəhəri- indiki Şirvan şəhəri
19. Noreşen rayonu -indiki Şərur rayonu
20. Qaradonlu rayonu- indiki İmişli rayonu
21. Qaryagin rayonu-indiki Füzuli rayonu
22. Martuni rayonu- indiki Xocavənd rayonu
News365.az