Bu ilin 9 ayı ərzində Azərbaycana xarici ölkələrdən ümumilikdə 90 milyon 123 min 940 ədəd həşərat idxal edilib.
News365.az xəbər verir ki, idxal olunan həşəratların ümumi gömrük dəyəri 171 min 710 dollar (291 min 907 manat) təşkil edib.
İdxal edilən həşəratların bir ədədinin orta gömrük dəyəri 0,0019 dollar (0,0032 manat) olub. Bakıda online alış-veriş
Azərbaycana həşəratlar bu ölkələrdən gətirilib:
Rusiya – 88 milyon 304 min ədəd (bir ədədinin orta gömrük dəyəri 0,003 manat);
Mərakeş – 1 milyon 98 min ədəd (0,05 manat);
Belçika – 718 min ədəd (0,013 manat);
İsrail – 770 ədəd (44,8 manat);
Türkiyə – 3 min 140 ədəd (4,7 manat);
Niderland – 30 ədəd (757,1 manat).