“Göygöl” və Leyla Bədirbəylinin portreti: Bu əsərlərin müəllifi kimdir?

“Göygöl” və Leyla Bədirbəylinin portreti: Bu əsərlərin müəllifi kimdir?
15:55

Bu gün Azərbaycanın təsviri sənət tarixində özünəməxsus iz qoymuş, ilk peşəkar qadın rəssamlarından biri olan Vəcihə Səmədovanın doğum günüdür. Onun fırçasından çıxan əsərlər yalnız rənglərin və obrazların vəhdəti deyil, həm də Azərbaycan incəsənətinin zənginliyini əks etdirən qiymətli sənət nümunələridir.

Təhsil eksperti Etibar Əliyev görkəmli rəssamın doğum günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.

O, paylaşımında Vəcihə Səmədovanın yaradıcılığından iki diqqətçəkən əsəri xatırladıb. Bunlardan biri 1956-cı ildə yağlı boya ilə çəkilmiş “Göygöl” tablosu, digəri isə 1953-cü ildə ərsəyə gətirilmiş Leyla Bədirbəylinin portretidir.

Hər iki əsər rəssamın yaradıcılıq dünyasını, incə müşahidə qabiliyyətini və sənətə fərdi yanaşmasını nümayiş etdirir. Xüsusilə Leyla Bədirbəylinin portretində insan obrazının bədii təqdimatı, “Göygöl” əsərində isə təbiətin gözəlliyinin rənglər vasitəsilə ifadəsi diqqət çəkir.

Qeyd edək ki, Vəcihə Səmədova 24 noyabr 1924-cü ildə anadan olub. Azərbaycan təsviri sənətində qadın rəssamların peşəkar yaradıcılıq ənənəsinin formalaşmasında mühüm yer tutan sənətkar 1965-ci ildə vəfat edib. Qısa ömür sürməsinə baxmayaraq, zəngin yaradıcılıq irsi qoyan rəssamın əsərləri bu gün də Azərbaycan incəsənətinin dəyərli nümunələri sırasında yer alır.

Etibar Əliyevin paylaşımı görkəmli sənətkarın yaradıcılığını və Azərbaycan rəssamlıq tarixindəki yerini yenidən xatırladıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada