"Bir Roza Zərgərlini, bir də onun yeri mənim üçün çox ayrıdır"- Əli Mirəliyev

"Bir Roza Zərgərlini, bir də onun yeri mənim üçün çox ayrıdır"- Əli Mirəliyev
15:20

"Mən onun xəstəliyini əvvəldən bilirdim. Noyabrın sonu, dekabrın əvvəlində nəvəm üçün toy etdim. Bütün dostlarımı, yaxınlarımı toya dəvət etdim, o cümlədən, Çimnaza da bu münasibətlə zəng etdim. Mənə dedi ki, atam xəstələnib Türkiyəyə gətirmişəm. Atasına nə olduğunu soruşdum. Cavabı o oldu ki, həkimlər baxacaq. Dedim ki, atanı bəhanə edib özün üçün getmisənsə, bunu mənə bildir, mən seyidəm, cəddim sənə kömək olar. İsrarla dedi ki, yox, atamı gətirmişəm. Xərçəng elə xəstəlikdir ki, adamı 5-10 günə öldürmür. Uzunmüddətli müalicə tələb edir. Aylarla həkimə getməli olursan".

Əli Mirəliyev aktrisa ilə dostluq əlaqələrinin olduğunu da vurğulayıb:

"Mən xəbəri eşidəndən sonra zəng etdim, telefonu götürən olmadı. Atası fağır kişidir. Çimnazı bir insan kimi çox istəyirdim. Bir Roza Zərgərlini, bir də onun yeri mənim üçün çox ayrıdır. Onda əsl xanım-xatın görünüşü var idi. Keçmişdə rus qadınlarını fırça ilə çəkib təsvir edirdilər. Həmin o əndam, boy-buxuna sahib qadın idi Çimnaz... Biri var, estetiklə dartıb düzəldilənlər, biri də var təbii gözəllik. Bax, onun gözəlliyi təbii idi. Allah onu tez apardı. Qəni-qəni rəhmət olsun. O, ölümə layiq biri deyildi".