Nə üçün dörd kənd qaytarıldı, dörd kənd isə saxlanıldı...?- Politoloqdan AÇIQLAMA

Nə üçün dörd kənd qaytarıldı, dörd kənd isə saxlanıldı...?- Politoloqdan AÇIQLAMA
10:44

"Az qala bir il əvvəl, təxminən keçən ilin aprel ayında, Azərbaycanın dörd kəndinin qaytarılması prosesi başa çatdı. O zaman bəyanat verildi, iddia olundu, qalan dörd kənd də növbəti mərhələlərdə qaytarılacaq.

Bəs nə üçün dörd kənd qaytarıldı, dörd kənd isə saxlanıldı? Ona görə ki, qaytarılan dörd kəndin Azərbaycana verilməsində heç bir ciddi problem yox idi. Onlar coğrafi olaraq Azərbaycanın ərazisində yerləşirdi, Ermənistan ərazisində yox. Onların Azərbaycana verilməsi üçün ciddi bir maneə mövcud deyildi."

Politoloq Əlimusa İbrahimov bunu News365.az-a açıqlamasında deyib. 

"Yəni bu kəndlər Ermənistanın infrastrukturuna ciddi şəkildə daxil olunmamışdı. Onların qaytarılması Ermənistanda ciddi səs-küyə səbəb olmadı, Ermənilər arasında böyük narazılıq yaratmadı. Çünki ermənilər də anlayırdılar ki, bu torpaqlar Azərbaycana məxsusdur. Bu kəndlər müvəqqəti olaraq Azərbaycan tərəfindən nəzarətə götürülmüşdü, orada infrastruktur yaradılmamışdı və ermənilər həmin ərazilərdə yaşamırdılar. Buna görə də bu kəndlərin qaytarılması və eyni zamanda Azərbaycanla yeni sərhədin çəkilməsi heç bir ciddi problem yaratmadı."

Amma növbəti mərhələ – və məhz həmin vaxt bəyan olundu ki, müəyyən problemlər var və bu problemlər danışıqlar yolu ilə həll olunmalıdır. "


Sizin reklam burada
Sizin reklam burada