Vardanyanın arvadı Simonyana müraciət etdi: “Məni də Bakıya apar!”

Vardanyanın arvadı Simonyana müraciət etdi: “Məni də Bakıya apar!”
10:40

Müharibə cinayətlərinə görə Bakıdakı həbsxanada saxlanılan rusiyalı oliqarx Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyana müraciət edib.

News365.az xəbər verir ki, Zonabend müraciətində Simonyanın Bakıya mümkün səfəri ilə bağlı məlumatı KİV-dən öyrəndiyini bildirib.

O, belə bir səfərin keçirilməsi ehtimalını alqışladığını qeyd edib.

"Şəxsən mən sizinlə birlikdə Bakıya getməyə hazıram", - deyə o bildirib. 

Veronika Zonabend Alen Simonyandan onu da Bakıya aparmağı xahiş edib. Zonabenin məqsədi Bakıda əri ilə görüşməyə nail olmaqdır.

Xatırladaq ki, bu il fevralın 17-də Bakı Hərbi Məhkəməsində separatçı, rusiyalı milyarder Ruben Vardanyana 20 il həbs cəzası verilib. Vardanyan sülh və bəşəriyyətə qarşı cinayətlərdə, müharibə cinayətlərində, terrorçuluqda və digər ağır cinayətlərdə təqsirli bilinib.


Sizin reklam burada
Sizin reklam burada