Bərdədə polis qaçaqmalçılıqla ölkəyə gətirilən 10 kq narkotik aşkarlayıb

Bərdədə polis qaçaqmalçılıqla ölkəyə gətirilən 10 kq narkotik aşkarlayıb
02 Sen 2025 09:18

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib.

Bu barədə news365.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir.

Tədbir zamanı əvvəllər məhkum olunmuşlar - İlkin İsmayılov, Elgin Rzayev və Elvin Quliyev şübhəli bilinərək saxlanılıblar. Onlardan 5 kiloqramdan artıq marixuana və 4 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər öncədən əlbir olaraq İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotikləri gətirərək satışını təşkil etməyi planlaşdırıblar. 

Faktla bağlı cinayət işi başlanılıb, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada