Baydenin prezidentliyi BU ŞƏXSLƏRİN qərarından asılıdır - ŞOK ADLAR

Baydenin prezidentliyi BU ŞƏXSLƏRİN qərarından asılıdır -  ŞOK ADLAR
30 İyn 2024 08:55

"Ən yaxın qohumları və dostları buna uyğun qərar verərsə, Bayden prezidentlik yarışını tərk edəcək."

Bu barədə “Axios” portalı ABŞ-ın hazırkı prezidentinin ətrafındakı mənbələrə istinadən məlumat yayıb.

“Baydenin həyat yoldaşı Cill Bayden, onun kiçik bacısı Valerie Bayden, prezidentin çoxdankı dostu və daimi müşaviri olan 85 yaşlı Ted Kaufman və Ağ Ev məsləhətçilərinin kiçik bir qrupu Bayden üçün qərar verən yeganə insanlardır." - , deyə məqalədə bildirilib.

Xəbərdə qeyd edilib ki, uzun illərdir mövcud olan bu “mətbəx kabineti” böyük ailə-ağsaqqallar şurası və hakim oliqarxiya kimi fəaliyyət göstərir.

"Yalnız bu şəxslər Baydenin həyatında və prezidentliyindəki qərarlara təsir edə bilər", - deyə nəşrdə yayımlanan məqalədə qeyd edilib.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər