Bakıda verilən suyun həcmi müvəqqəti azaldıldı

Bakıda verilən suyun həcmi müvəqqəti azaldıldı
14:44

Anbarlardan qəbul edilən suyun miqdarını artırmaq və sutəmizləyici qurğuların məhsuldarlığının artırmaq məqsədi ilə texniki işlər icra edilir.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Qeyd olunub ki, görülən işlər çərçivəsində Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb.

"Nəticədə müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Su təminatındakı fasilələrə görə abonentlərdən üzr istəyirik".


Sizin reklam burada
Sizin reklam burada