Bəyənmədiyiniz malı geri qaytara bilərsinizmi? – Qanunun BİLİNMƏYƏN TƏLƏBİ

Bəyənmədiyiniz malı geri qaytara bilərsinizmi? – Qanunun BİLİNMƏYƏN TƏLƏBİ
15:23

İnternet və ya sosial şəbəkələr üzərindən sifariş olunan məhsulların reklamda göstərilən keyfiyyət və görünüşə uyğun gəlməməsi son zamanlar ən çox rast gəlinən problemlərdən biridir. Çox vaxt alıcılar belə vəziyyətlə qarşılaşdıqda nə edəcəklərini və hansı hüquqlara malik olduqlarını bilmirlər.

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov News365.az-a bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 580, 581 və 582-ci maddələri alıcıların hüquqlarını tam şəkildə qoruyur. Belə ki, satıcı tərəfindən təqdim edilən malın texniki göstəriciləri, çeşidi, növü və ya xarici görünüşü əvvəlcədən razılaşdırılan şərtlərə və ya reklamdakı təsvirə cavab verməzsə, alıcının həmin məhsuldan imtina etmək tam hüququ var.

R.Süleymanovun sözlərinə görə, tərəflər arasında yazılı müqavilə olduqda və ya məhsula zəmanət verildikdə alıcının imkanları daha da genişlənir:

"Əgər malın real vəziyyəti vəd ediləndən əhəmiyyətli dərəcədə fərqlənirsə, vətəndaş onu dərhal qaytara bilər. Hətta məhsul təhvil alındıqdan sonra bile, əgər onun qablaşdırılması və tamlığı pozulmayıbsa, alıcının malı geri verərək ödənişini 100% tələb etmək hüququ çatır".

Ekspert vurğulayıb ki, bu cür hallarda satıcının məhsulu geri götürməkdən boyun qaçırması açıq-aşkar qanun pozuntusudur. Qanunsuz imtina ilə qarşılaşan vətəndaşlar öz hüquqlarını bərpa etmək üçün aidiyyəti dövlət qurumlarına və ya məhkəməyə müraciət edə bilərlər.


Sizin reklam burada
Sizin reklam burada