Bu ölkədə QORXULU ZƏLZƏLƏ OLUB

Bu ölkədə QORXULU ZƏLZƏLƏ OLUB
17:29

Yeni Zelandiya sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

News365.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) yaydığı məlumata görə, zəlzələnin episentri Yeni Zelandiyanın şimalında yerləşən Kermadek adaları yaxınlığında olub.

Yer səthindən 226,1 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində ilkin məlumata əsasən, ölən və ya xəsarət alan olmayıb, həmçinin maddi ziyan qeydə alınmayıb.

Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı hər hansı xəbərdarlıq edilməyib.

Qeyd edək ki, Yeni Zelandiya və Solomon adalarının da yerləşdiyi Sakit okean hövzəsindəki "Odlu halqa" adlandırılan seysmik qurşaq dünyanın ən fəal tektonik zonalarından biridir. Bu bölgədə tez-tez zəlzələlər və vulkan püskürmələri baş verir.


Sizin reklam burada
Sizin reklam burada