Almaniyada gecə həyəcanı: Naməlum dron aeroportu iflic etdi

Almaniyada gecə həyəcanı: Naməlum dron aeroportu iflic etdi
15:09

Almaniyanın Leypsiq/Halle hava limanında naməlum pilotsuz uçuş aparatının (dron) görünməsi səbəbindən gecə saatlarında uçuşlar müvəqqəti olaraq saxlanılıb.

"Bild" qəzetinin məlumatına görə, dron gecə yarısından az sonra aşkar edilib və hava limanı rəhbərliyi təhlükəsizlik məqsədilə bütün əməliyyatları təcili dayandırmaq qərarına gəlib.

Hava limanında uçuşlar yerli vaxtla saat 01:55-də bərpa olunub, bu müddətdə isə bir təyyarə Nürnberq şəhərinə yönləndirilib.

Axtarış tədbirləri zamanı hava limanının uçuş-eniş zolaqlarından birində şübhəli əşya da aşkar edilib. Rəsmi şəxslər tapılan obyekti haqqında hələlik hər hansı təfərrüat açıqlamayıblar.

Hazırda sözügedən uçuş-eniş zolağı bağlı qalır, bütün gələn və gedən reyslər hava limanının ikinci zolağı vasitəsilə həyata keçirilir.

Faktla bağlı Leypsiq polisi tərəfindən genişmiqyaslı araşdırma başlanılıb.


Sizin reklam burada
Sizin reklam burada