Şimali Koreya Yaponiyanın son zamanlar keçirdiyi "Tomahawk" qanadlı raketinin sınağını sərt şəkildə pisləyib və bu ölkəni "hərbi cinayətkar dövlət" adlandırıb.
Şimali Koreya Dövlət İnformasiya Agentliyinin (KCNA) məlumatına görə, ölkə lideri Kim Çenının bacısı və Hərbi Fəhlə Partiyasının rəsmisi Kim Yo Çonq beynəlxalq ictimaiyyəti Yaponiyanın "müharibə dövrü ekspansionizminə" qarşı ayıq-sayıq olmağa çağırıb.
"İndi tamamilə aydındır ki, bu kimi addımlar Yaponiyanın nəhəng hərbi gücə çevrilmək iddiasını gizlətmək üçün istifadə etdiyi pərdələnmiş bir taktikadır", - deyə Kim Yo Çonq bildirib.
Şimali Koreya rəsmisinin bu açıqlamaları Yaponiyanın Özünümüdafiə Qüvvələrinin hərbi gəmidən ABŞ istehsalı olan "Tomahawk" raketini ilk dəfə sınaqdan keçirməsindən sonra gəlib.
Kim Yo Çonq bəyanatında əlavə edib: "Beynəlxalq ictimaiyyət keçmiş müharibə cinayətkarı dövlətin varislərinin yenidən köhnə ekspansionist xülyalarını reallaşdırmaq yönündəki təhlükəli ambisiyalarına qarşı uzaqgörənlik və ayıqlıq nümayiş etdirməlidir".
Qeyd edək ki, Yaponiyanın 2022-ci ildə qəbul etdiyi Milli Təhlükəsizlik Strategiyası ölkənin pasifist konstitusiyası çərçivəsində özünümüdafiə məqsədilə düşmənin raket bazalarına zərbə endirmək imkanlarının inkişaf etdirilməsinə icazə verir.