Qaradağ rayonunun Müşfiqabad qəbiristanlığında intizamı pozan şəxs məsuliyyətə cəlb olunub.
Sərxoş vəziyyətdə iş yerinə gələn 56 yaşlı Abbas Xəlilov (adı dəyişdirilib) orada olan din xadimini və digər vətəndaşları təhqir edib. Hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşları qayda pozucusunu intizama dəvət etsələr də, o, xəbərdarlıqlara əhəmiyyət verməyib. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan şəxs dərhal saxlanılıb və faktla bağlı sənədləşmə aparılıb.
Məhkəmənin çıxardığı qərara əsasən, A.Xəlilov 10 sutka müddətinə inzibati həbs cəzası alıb.