Digah qəsəbəsində məhkuma aid silah-sursat aşkarlandı

Digah qəsəbəsində məhkuma aid silah-sursat aşkarlandı
14:25

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. 

Bu barədə News365.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Penitensiar xidmətin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonu, Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, ona məxsus 1 ədəd daraq və 96 ədəd 7,62 kalibrli güllə, 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb.  Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada