Bakıda güclü külək 34 ağacı aşırdı

Bakıda güclü külək 34 ağacı aşırdı
16:45

Bakıda müşahidə olunan güclü külək nəticəsində 34 ağac aşıb.

News365.az xəbər verir ki, bu barədə Report-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, son iki gün ərzində güclü küləklə əlaqədar ağac aşması barədə qurumun qaynar xəttinə ümumilikdə 34 müraciət daxil olub. Hazırda paytaxtın müxtəlif ərazilərində təmizlənmə işləri aparılır.

"Baş verən ağac aşmaları və budaqların qırılması halları ilə bağlı operativ tədbirlər həyata keçirilir", - məlumatda vurğulanıb.


Sizin reklam burada
Sizin reklam burada