Bakıda 5000 manatlıq dekorativ dəmir məhsullar oğurlayan şəxsi polis saxladı

Bakıda 5000 manatlıq dekorativ dəmir məhsullar oğurlayan şəxsi polis saxladı
13:50

Paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus 4300 nağd pul və 5000 manat dəyərində dekorativ metal avadanlıqlar oğurlanıb. Bu barədə zərərçəkmiş şəxslər polisə məlumat veriblər.

News365.az xəbər verir ki, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı R.Məmmədov və 50 yaşlı V.Mustafayev saxlanılıblar.

Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə paytaxt sakini olan bir nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Şirinov da tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada