Bakı metrosunda gecikmənin səbəbi açıqlanıb.
News365.az xəbər verir ki, metropolitendən bildirilib ki, "Əhmədli" stansiyasında vaqon qapılarının açılıb-bağlanmasında maneə olduğunu müəyyən edən qatar maşinisti əlavə texniki baxış keçirib.
"Qapı arasında kənar element müəyyən edərək problemi aradan qaldırıb. Daha sonra təhlükəsizlik tələblərinə uyğun olaraq, qatarın xətdə sərnişinsiz yoxlanması təmin edilib.
Lakin qatara texniki baxış keçirilməsi və əlavə yoxlamalar səbəbilə intervaldan əlavə 3 dəqiqə gecikmə müəyyən edilib.
Xəttə ehtiyat qatar verilib və interval fərqi qısa müddətdə aradan qaldırılıb", - açıqlamada deyilir.
***10:10
Bakı Metropoliteninin "Neftçilər" stansiyasında qatar 10 dəqiqəyə yaxın gecikib.
News365.az xəbər verir ki, bu barədə sərnişinlər məlumat verib.
Bildirilib ki, gecikmə səhər saatlarında yaşanıb. Gecikmənin səbəbi məlum deyil.
Məsələ ilə bağlı rəsmi sorğu göndərilib