Əhməd əl-Şaraanın təyin etdiyi qadın nazirlə bağlı ŞOK FAKTLAR - FOTO

Əhməd əl-Şaraanın təyin etdiyi qadın nazirlə bağlı ŞOK FAKTLAR - FOTO
30 Mar 2025 15:15

Suriyanın paytaxtı Dəməşqdəki Xalq Sarayında 61 illik Bəəs hakimiyyətinin devrilməsindən sonra prezident Əhməd əl-Şaraanın rəhbərliyi ilə formalaşan ilk hökumət kabinetinin andiçmə mərasimi keçirilib.

Kabinetin ən çox diqqət çəkən adı xristian icmasında feminist kimliyi ilə tanınan sosial işlər və əmək naziri Hind Kabavat olub.

Yeni hökumətdə müxtəlif cəmiyyət qruplarını təmsil edən nazirlər yer alıb. Xristian icmasında tanınan və feminist kimliyi ilə seçilən sosial işlər və əmək naziri Hind Kabavat, druzilərin sıx yaşadığı Suveyda bölgəsindən kənd təsərrüfatı naziri Əmced Bədr, Afrin bölgəsindən təhsil naziri Məhəmməd Əbdülrəhman Terko və 2006-2011-ci illərdə nəqliyyat naziri olmuş, əsasən ələvilərin yaşadığı Latakiya bölgəsindən Yarub Bədr hökumətin tərkibində yer alıblar.

Lakin türkmənlərin yeni kabinetdə təmsil olunmaması türkmən icmasında narazılıqla qarşılanıb.

Bundan əlavə, Kəşfiyyat Direktoru Enes Hattabın Daxili İşlər Naziri təyin edildiyi, Xarici İşlər və Müdafiə nazirlərinin isə əvvəlki vəzifələrində qaldığı bildirilib.

HİND KABAVAT KİMDİR?

1974-cü ildə Hindistanda anadan olan Hind Kabavat Suriyada böyüyüb. Suriya əsilli kanadalı hüquqşünas və sülh fəalı olan Kabavat, prezident Şaraanın kabinetində ən görkəmli fiqurlardan biridir. O, Corc Meyson Universitetində Dinlərarası Dialoq və Sülh Araşdırmaları Mərkəzinin direktoru vəzifəsində çalışır. Həmçinin, Suriya Müzakirə Komissiyasının Cenevrə Ofisinin vitse-prezidenti kimi fəaliyyət göstərib və Suriya sülh danışıqlarında aktiv iştirak edib.

TƏHSİLİ

Dəməşq Universitetində iqtisadiyyat təhsili alan Kabavat, daha sonra Beyrut Ərəb Universitetində hüquq üzrə ixtisaslaşıb və Tafts Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi əldə edib. O, həmçinin Toronto və Harvard universitetlərində müzakirə və liderlik proqramlarında iştirak edib.

"SÜLH YOLUYLA DƏYİŞİM" YANAŞMASI

2004-cü ildən etibarən Suriyada dinlərarası dialoq və qadın hüquqları sahəsində çalışan Kabavat, qaçqın düşərgələrində qadınlara və sülh könüllülərinə təlimlər keçib. "Tastakel" adlı qadın mərkəzinin qurucularından biri olan Kabavat, "sülh yoluyla dəyişiklik" yanaşması ilə tanınır.

2007-ci ildə Tanenbaum Mərkəzi tərəfindən "Sülhməramlı" mükafatına layiq görülüb. 2009-cu ildə isə Corc Meyson Universitetindən İctimai Diplomatiya Mükafatı alıb.

HİND KABAVATIN LGBT DƏSTƏYİ

Hind Kabavat LGBT hüquqlarına verdiyi dəstəklə tanınır. O, 2015-ci ildə "Facebook" profil şəklini LGBT icmasına dəstək məqsədilə göy qurşağı formatında dəyişib. Bu addım Suriya tarixində bir ilk hesab olunur.

ŞARAANIN YENİ KABİNETİNİN TƏRKİBİ:

Xarici işlər naziri – Əsəd Həsən Şeybani

Müdafiə naziri – Murhaf Əbu Kasra

Daxili işlər naziri – Enes Hattab

Ədliyyə naziri – Mahzar əl-Veys

Ali təhsil naziri – Mervan Halebi

Vəqflər naziri – Məhəmməd Əbu Xeyr Şükri

Sosial işlər və əmək naziri – Hind Kabavat

Energetika naziri – Məhəmməd Bəşir

Maliyyə naziri – Məhəmməd Yusr Berniyə

İqtisadiyyat naziri – Nidal Şaar

Səhiyyə naziri – Musab Nezzal əl-Əli

Yerli idarəetmə naziri – Məhəmməd Ancerani

Telekommunikasiya naziri – Abdüssalam Heykəl

Fövqəladə hallar və fəlakətlərin idarə olunması naziri – Raid Salih

Kənd təsərrüfatı naziri – Əmced Bədr

Təhsil naziri – Məhəmməd Əbdülrəhman Terko

Şəhərsalma və mənzil naziri – Mustafa Əbdürrəzzaq

Mədəniyyət naziri – Məhəmməd Saleh

Gənclər və idman naziri – Məhəmməd Samih Hamid

Turizm naziri – Mazen Salihani

İnzibati inkişaf naziri – Məhəmməd Sikaf

Nəqliyyat naziri – Yarub Bədr

İnformasiya naziri – Hamza Mustafa


Sizin reklam burada
Sizin reklam burada