Ramazan ayının başa çatması münasibətilə Naxçıvan Muxtar Respublikasında bayram namazı qılınıb.
Dini ayinlər Naxçıvan şəhərindəki Heydər, Sarvanlar, Came və Kazım Qarabəkir Paşa məscidlərində icra olunub. Həmçinin bayram namazı muxtar respublikanın digər rayonlarındakı məscidlərdə də qılınıb.
Namazdan sonra dualar oxunub.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.