Azərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazı qılınıb

Azərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazı qılınıb
30 Mar 2025 09:10

Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bu gün bayram namazı qılınıb.

Saat 08.00-da Əjdərbəy məscidində, saat 09.00-da isə Təzəpir məscidində bayram namazının qılınmasına başlanıb.

Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmasını diləyiblər. Daha sonra dindarlar bir-birlərini bayram münasibətilə təbrik ediblər. 

08:21

Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb.

Namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayevin imamətliyi ilə Əjdərbəy məscidində qılınıb.

Qeyd edək ki, bayram namazı Təzəpir məscidində isə saat 09:00-da qılınacaq.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.


Sizin reklam burada
Sizin reklam burada