Bacadan qalxan qara tüstü - GÖRÜN MƏNASI NƏ İMİŞ...

Bacadan qalxan qara tüstü - GÖRÜN MƏNASI NƏ İMİŞ...
10:29

Papa Fransiskin vəfatından sonra Katolik Kilsəsinin yeni ruhani liderinin seçilməsi üçün 133 kardinal Vatikan şəhərində bir araya gəldi və 267-ci papanın seçilməsi üçün əsrlər boyu davam edən konklav prosesi rəsmi olaraq başladı. Sistina Şapelində keçirilən ilk səsvermədə nəticə əldə olunmadı. Bacadan qalxan qara tüstü, hələ yeni papanın seçilmədiyini göstərdi.

News365.az xəbər verir ki, katolik dünyasının lideri və Vatikan dövlət başçısı Papa Fransisk 21 aprel tarixində vəfat etmişdi. Onun ölümündən sonra 1,4 milyardlıq Katolik icmasının yeni başçısını müəyyənləşdirmək üçün bu gün ilk tur səsvermə keçirildi.

Sistine Şapelində ilahilər səslənərkən daxil olan 133 seçici kardinal mərasimə Latınca and içərək başladı. Daha sonra “Extra Omnes” – yəni “əlaqəsi olmayanlar çıxsın” əmri verildi və şapeldə yalnız seçici kardinallar qaldı.

Katolik Kilsəsində Papa rütbəsindən sonra gələn ən yüksək dini vəzifəli şəxslər – 80 yaşdan aşağı olan 133 kardinal – bu tarixi prosesdə iştirak edir. İlk turun nəticəsi isə minillik ənənəyə uyğun olaraq Sistina Şapelinin bacasından çıxan tüstünün rəngi ilə bildirildi.

Bu gün bacadan qalxan qara tüstü, konklavın ilk mərhələsində yeni papanın seçilmədiyini bütün dünyaya elan etdi.

Seçki prosesində sabahdan etibarən gündə iki dəfə səhər və günortadan sonra olmaqla bir gündə 4 dəfə səsvermə keçiriləcək.

Yeni papa seçildiyi halda isə Sistina Şapelinin bacasından ağ tüstü qalxacaq – bu isə dünyanın 267-ci Papasının müəyyənləşdiyi anlamına gələcək.


Sizin reklam burada
Sizin reklam burada