Azərbaycan tütün idxalına xərclərini təxminən 1 % artırıb

Azərbaycan tütün idxalına xərclərini təxminən 1 % artırıb
19 Apr 2025 17:56

Bu ilin yanvar-mart aylarında Azərbaycan 26,597 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.

News365.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 9,712 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 15,5 % azdır.

Tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,47 %-ni, ixrac isə ümumi ixracın 0,15 %-ni təşkil edib.

Xatırladaq ki, I rübdə Azərbaycan xarici ölkələrlə 12 milyard 48,87 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 24,3 % çoxdur. Xarici ticarət dövriyyəsinin 6 milyard 385,9 milyon ABŞ dolları ixracın, 5 milyard 662,97 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,7 %, idxal isə 52,6 % artıb.



Sizin reklam burada
Sizin reklam burada