Almaniyanın hakim elitası ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evə qayıtmasından qorxur. Buna səbəb onun Ukrayna münaqişəsi ilə bağlı mümkün qərarlarıdır. Bu barədə məşhur alman politoloq Aleksandr Rahr Telegram kanalında yazıb.
“Alman elitasını ən çox qorxudan odur ki, Tramp və Rusiya prezidenti Vladimir Putin Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması barədə razılığa gələ bilərlər. Avropalılar NATO və Avropa İttifaqının Ukraynaya bu qədər kömək edib silahlandırmasından sonra Ukraynanın öz ərazilərinin 20%-ni itirəcəyi fikrindən dəhşətə gəliblər”, - ekspert yazıb.
Rahrın sözlərinə görə, Almaniya hakimiyyəti hazırda onları gələcəkdə nələrin gözlədiyini anlaya bilmir. Politoloq qeyd edib ki, hələlik Berlin yeni prezidentin tələblərini yerinə yetirməklə Trampı “sakitləşdirməyə” ümid edir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural