Avarçəkənlərimiz daha 5 medal qazandı

Avarçəkənlərimiz daha 5 medal qazandı
01 May 2025 21:30

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə "Prezident Kuboku-2025" beynəlxalq reqatasında ikinci yarış gününə yekun vurulub.


News365.az xəbər verir ki, Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan reqatada müxtəlif məsafələr üzrə kayak-kanoe və akademik növlərdə mübarizə baş tutub.


Günün ilk yarışında Əlimurad Hacızadə (2011-2012) birnəfərlik kayak qayığı ilə 500 metr məsafədə bürünc medal qazanıb. Eyni məsafəyə Əlimurad Hacızadə (2009-2010) ilə Mustafa Vəlizadə/Elmir Tarverdiyev (2011-2012) cütü ikinci, Sənan Cəfərzadə/Tahir Mövsümov cütü (2011-2012) üçüncü yeri əldə edib. Nurlan Paşayev (2006-2007) isə akademik avarçəkmədə gümüş medala sahib çıxıb.


Turnirin ilk günündə Azərbaycan avarçəkənləri üç bürünc mükafata yiyələnmişdilər.


Qeyd edək ki, reqataya mayın 2-də yekun vurulacaq.


Sizin reklam burada
Sizin reklam burada