İran aviaşirkətləri İraq hökumətinin daha əvvəl tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmasından sonra Nəcəf şəhərinə uçuşları bərpa edib.
News365.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Agentliyin məlumatına görə, fasilədən sonra İrana məxsus ilk təyyarə Nəcəf hava limanına enib.
Qeyd edək ki, ABŞ İraq hökumətinin müraciətindən sonra İran aviaşirkətlərinin Nəcəf Beynəlxalq Hava Limanından gündəlik 40 reys həyata keçirməsinə icazə verib.