Tramp Super İntellekt Qüvvəsi yaratdı - 120 gün vaxt verdi

Tramp Super İntellekt Qüvvəsi yaratdı - 120 gün vaxt verdi
20:40

ABŞ Prezidenti Donald Tramp süni intellekt üçün yeni federal işçi qrupu yaradıb.

News365.az xəbər verir ki, buna səbəb ölkənin siyasətini və federal qurumların fəaliyyətini əlaqələndirmək məqsədi olub.

Tramp yeni qurumu “Super Intelligence Force” (SIF) adlandırıb.

Qrupa ABŞ Milli Kəşfiyyat direktoru Cey Kleyton rəhbərlik edəcək. Qrupun digər rəhbər şəxsləri Federal Ticarət Komissiyasının sədri Endryu Ferqyuson, Pentaqonun baş texnologiya direktoru Emil Maykl və Personal İdarəetmə Ofisinin direktoru Skott Kupordur.

Yeni qurumun əsas məqsədi ABŞ-nin qabaqcıl süni intellekt sahəsində qlobal liderliyini qorumaq, texnologiyanın yaratdığı risk və imkanları araşdırmaq və federal hökumətin bu sahədə hansı rolu oynamalı olduğunu müəyyənləşdirməkdir. İşçi qrupu fəaliyyətinin nəticələri ilə bağlı hesabatı 120 gün ərzində təqdim etməlidir. 


Sizin reklam burada
Sizin reklam burada